Sumqayıtda 20 avtomobildən oğurluq edən şəxs saxlanıldı - VİDEO

Sumqayıtda avtomobillərdən silsilə oğurluq edən şəxs saxlanılıb. Avtosfer.az-ın “Report”-a istinadən məlumatına görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı vətəndaşlara məxsus avtomobillərdən oğurluq edən 31 yaşlı Asif Feyziyev tutulub. Onun ətrafında aparılan araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs şəhərin müxtəlif ərazilərində ümumilikdə 20 avtomobili qarət edib. A.Feyziyev avtomobillərin yan şüşələrini sındıraraq, oradan pul, maqnitofon, vətəndaşlara məxsus geyim əşyaları, fleşkartlar və qiymətli əşyalar aparıb. O, oğurladığı əşyaları müxtəlif şəxslərə satıb.
Qeyd edək ki, istintaqa cəlb olunan A.Feyziyev əvvəllər də iki dəfə məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Sumqayıt şəhər Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO















