Sumqayıtda avtomobil oğurlayan şəxs Abşeronda tutulub

Avqust ayının 9-da Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 8-in qarşısından "Audi A6" markalı avtomobil oğurlanıb. Bu barədə avtomobilin sahibi Mirzəyev Ramin Firudin oğlu Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə müraciət edib. Bu gün gecə saatlarında Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin baş inspektoru Əli Cavadov və polis serjantı Arif Allahverdiyev tərəfindən oğurlanan avtomobil xidməti ərazidə aşkarlanıb. Avtomobil DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Əlahiddə Çevik Polis Alayının əməkdaşları ilə birgə nəqliyyat vasitəsini oğurlayan şəxs Abşeron Rayon Polis İdarəsinə təhvil verilib. Avtomobil isə sahibinə qaytarılıb. Nəqliyyat vasitəsini oğurlayan 1997-ci il təvəllüdlü Xanlarzadə Oktay Nizami oğlu məsuliyyətə cəlb olunub. (APA )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











