Sumqayıtda baş verən qətl hadisəsi ilə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir

İyunun 6-da saat 21 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayon, 6 saylı binanın yaxınlığındakı parkda şəhər sakini, 1989-cu il təvəllüdlü Qasımov Zöhrab Vəli oğlunun üzərində kəsilmiş-deşilmiş xəsarətləri olan meyitinin aşkar olunması, 1989-cu il təvəllüdlü şəhər sakini Rəhimov Namiq Tahir oğlunun isə üzərində soyuq silahla yetirilməyə xarakterik xəsarətlərlə şəhər Təcili Tibbi Yardım Xəstəxanasında ölməsi barədə daxil olmuş məlumat əsasında şəhər prokurorluğu və polis idarəsinin əməkdaşları “MTE və PA” birliyinin Sumqayıt şəhər şöbəsinin ekspertlərinin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib.
Baş Prokurorluqdan verilən məlumata görə, hadisə yerindən cinayətin aləti olan iki ədəd bıçaq və digər əşyalar götürülüb, təxirəsalınmaz prosessual hərəkətlər aparılıb.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib, hadisəni görən şəxslərin dairəsi müəyyənləşdirilərək dindiriliblər.
İlkin istintaqla müəyyən edilib ki, Namiq Rəhimov iyunun 6-da saat 20 radələrində Sumqayıt şəhəri, 10-cu mikrorayonda yerləşən parkda şəxsi münasibətlər zəminində aralarında baş verən mübahisə zamanı üzərində gəzdirdiyi bıçaqla Tofiq Qasımova kürək nahiyəsinə, sonuncunun qardaşı Zöhraba isə ağciyərinə nüfuz edən deşilmiş-kəsilmiş xəsarətlər yetirib. Zöhrab öz növbəsində gəzdirdiyi bıçaqla Namiqin ürək nahiyəsinə bir bıçaq zərbəsi yetirib.
Tofiq Qasımov və Namiq Rəhimov Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsalar da həkimlərin səyinə baxmayaraq sonuncunun həyatını xilas etmək mümkün olmayıb.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











