Sumqayıtda kafedə yaxalanan 28 nəfər cərimələndi - FOTO

Sumqayıt şəhəri ərazisində xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən və müştərilərə yerində xidmət göstərən kafe aşkar olunub.
Avtosfer.az xəbər verir ki, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reyd zamanı 9-cu mikrorayonda yerləşən “Röyal” kafesində müştərilərə yerində xidmət göstərildiyi məlum olub.
Obyektə baxış zamanı oranın icarədarı 1986-cı il təvəllüdlü Zeynalov Emin Nazim oğlu və daha 28 nəfər müştəri xüsusi karantin qaydalarını pozduqları üçün saxlanılaraq Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyektin icarədarı inzibati qaydada həbs edilib. Müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati protokol tərtib edilib.
Onların hər biri isə 200 manat məbləğində cərimələnib.
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb











