Sumqayıtda küçəyə səbəbsiz çıxanl 100 nəfər cərimələndi - FOTO

Koronavirus pandemiyası ilə ölkə ərazisində elan edilən xüsusi karantin rejiminin pozulması hallarına qarşı mübarizə tədbirləri Sumqayıt şəhəri ərazisində də davam etdirilir. Şəhərin bütün küçə və prospeklərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis, eləcə də daxili qoşunların əməkdaşları insanlarla profilaktik söhbətlər aparırlar. Avtosfer.az xəbər verir ki, dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq Sumqayıt şəhərində bu gün 92 nəfər xüsusi karantin qaydalarını pozan şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək cərimə ediliblər.
Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər saxlanılaraq onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib.
Qeyd edək ki, Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən görülən tədbirlər nəticəsində küçə və prospektlərdə, parklarda insanların hərəkət tamamilə dayandırılıb. Yalnız zəruri ehtiyacları üçün küçələrə çıxan insanların və nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Sumqayıt şəhərində polis və daxili qoşunların əməkdaşlarından ibarət yaradılan mobil qruplar vasitəsilə xüsusi karantin rejiminə fasiləsiz olaraq nəzarət edilir.
Gültən
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB













