Sumqayıtda növbəti reyd: sürücülərə xəbərdarlıq olundu - FOTO

Sumqayıt Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları xüsusi karantin rejiminin gücləndirilməsi ilə bağlı şəhər ərazisində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı tədbirləri davam etdirir.
Avtosfer.az-nı məlumatına görə yol polisi şöbəsinin əməkdaşları avtomobilləri saxlayaraq onları qeydiyyata alır və yollara çıxmamaları ilə bağlı xəbərdarlıq edir.
Növbəti dəfə həmin avtomobillərə rast gəlinəcəyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi sürücülərin nəzərinə çatdırılır.
Belə tədbirlər nəticəsində şəhərin mərkəzində avtomobillərin azalması müşahidə olunur.
Xatırladaq ki, martın 29-dan xüsusi karantin rejimi gücləndirilib. Bununla bağlı xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonuna giriş və çıxış məhdudlaşdırılıb.
Şəhriyar Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI


















