Sumqayıtda polis 3 minə yaxın maska paylayıb - VİDEO

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın 1-dən ölkə ərazisində xüsusi sanitar rejim tətbiq edilməsinə nəzarət Sumqayıt şəhərinə də gücləndirilib. Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, bu məqsədlə şəhər əhalisinin sanitar qaydalara əməl etməsi üçün polis, həmçinin Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən tədbirlər davam etdirilir. Tədbirlər zamanı sərnişin avtobuslarında vətəndaşlarla izahedici söhbətlər aparılıb tibbi maskadan istifadə etməyin vacibliyi vurğulanıb. Sürücülərdən isə tibbi maskadan istifadə etməyən sərnişinləri avtobusa mindirməmək tələb olunib.
Polislər həmçinin fəaliyyətinə icazə verilən mağaza və digər xidmət sahələrində vətəndaşlar, həmçinin satıcılarla maarifləndirici söhbətlər apararaq tibbi maska olmadan yaşayış yerini tərk edən şəxslərə xəbərdarlıq ediblər.
Maddi yardımların verilməsi ilə bağlı poçt məntəqələrinin, bankların, idarələrin qarşısına toplaşan vətəndaşlara Sumqayıt Şəhər Polis İdarəsinun əməkdaşları tərəfindən sanitar rejiminin tələbləri izah edilib, sosial məsafənin qorunması tələb edilib.
Bu gün qeyd edilən tədbirlər zamanı polislər və Daxili Qoşunların hərbi qulluqçuları Sumqayıt şəhər sakinlərinə 3 min ədəd tibbi maska paylayıblar.
Daxili İşlər Nazirliyi vətəndaşlardan bir daha tələb edir ki, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda, avtobuslarda olan zaman nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə edilməli, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlanılmalı, bütövlükdə karantin və sanitar rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayə edilməlidir.
Namiq Musayev
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










