Sumqayıtda qışa hazırlıqla bağlı texnikalara baxış keçirilib - FOTO

Sumqayıt şəhərində qarlı-şaxtalı havada yollarda və ya digər ərazilərdə hər hansı bir problem yaranarsa, müvafiq qurumlar tərəfindən dərhal əməli tədbir görüləcək.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov icra hakimiyyəti aparatının əməkdaşları və aidiyyəti qurum rəhbərləri ilə keçirdiyi görüşdə bildirib.
Əvvəlcə “Sumqayıt Təmizlik Departamenti” MMC-nin xüsusi texnikalarına baxış keçirilib. Bildirilib ki, qışa hazırlıq işləri yüksək səviyyədə görülüb və bunun üçün kifayət qədər işçi qüvvəsi, texnika, nəqliyyat vasitələri mövcuddur. Təmizlik departamenti tərəfindən qum və duz ehtiyatı da tədarük edilib.
T.Səmədov bildirib ki, şaxtalı havada yolların qardan təmizlənərək nəzarətə götürülməsi üçün icra hakimiyyəti və digər qurumların nümayəndələri müxtəlif ərazilərə təhkim olunublar. Şəhər ərazisində avtomobil yollarının, prospekt və küçələrin qardan təmizlənməsi məqsədilə kifayət qədər texnika, maşın və mexanizm hazır vəziyyətə gətirilib.
Qışa hazırlıqla bağlı həyata keçirilən bütün tədbirlərin şəhər rəhbərliyinin gündəlik diqqət mərkəzində olduğu vurğulanıb.
Bu yollarda tıxac var - SİYAHI
Prezident maaşlarla bağlı FƏRMAN İMZALADI
Avropada yollarda sürət limiti dəyişə bilər: Maksimum 100 km/saat…
Azərbaycan haqqında “hökm” əvvəlcədən verilib?
"Azərbaycan əsgəri saxlanılarkən müqavimət göstərməyib" - Paşinyan
Bu yollarda tıxac var - SİYAHI
Dəyişən iş qrafiki tıxacları azalda bilmədi - Yeni TƏKLİF GÜNDƏMDƏ
Saxta iş elanı paylaşanları hansı cəza gözləyir? - HÜQUQŞÜNAS
Bakalavr və magistrların ödənişsiz təhsilə keçid prosesi necə həyata keçirilir? - AÇIQLAMA
Yol kənarlarını hansısa əşya ilə zəbt edərək özünə parkinq saxlayanları nə gözləyir? – ƏRŞAD HÜSEYNOV
Bu halda texniki baxış mütləqdirmi? – Sürücülərə mühüm AÇIQLAMA











