Sumqayıtdakı insidentlə bağlı cinayət işi başlanıldı; saxlanılanlar var - FOTO + VİDEO

Sumqayıt şəhərində bir qrup şəxsin bir nəfərə qarşı zor tətbiq etməsi və bunu lentə alması barədə sosial şəbəkələrdə yayılan videogörüntülər dərhal Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzarətə götürülüb. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Avtosfer.az-a verilən məlumata görə, videogörüntülərdə zorakılığa məruz qalanın şəxsiyyəti qısa zamanda müəyyən edilib və onun izahatı alınıb. Abşeron rayon sakini olan həmin şəxs hadisənin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində baş verdiyini bildirib. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən xuliqanlıq hərəkətlərini törətmiş Sumqayıt şəhər sakinləri Elməddin Babayev, Sərvər Quliyev, Tural Ağayev, Mirzə Mirzəyev, Xalid Abuzərov, Ağsu rayon sakini Vasif Osmanov və Qubadlı rayon sakini Sərvər İmanov saxlanılaraq istintaqa cəlb olunublar. Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Hadisədə iştirak etmiş digər şəxslərin də müəyyən edilərək tutulmaları üçün zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Namiq Musayev









Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












