Sumqayıtın bütün küçələrində dezinfeksiya işləri aparılıb - VİDEO

Xüsusi karantin rejimi ilə əlaqədar tətbiq edilən qadağalara əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədi ilə Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərdə əhali arasında profilaktik tədbir keçiriblər. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, tədbir zamanı Sumqayıt şəhərinin bütün küçə və prospektlərində, park və xiyabanlarında xidmətə cəlb edilən polis və daxili qoşunların əməkdaşları insanları “evdə qal” kampaniyasına qoşulmağa səsləyib. Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq xüsusi karantin qaydalarını pozan şəxslər barəsində isə qanun çərçivəsində tədbirlər görülüb. Tədbirdə həmçinin icazə əsasında yaşayış yerlərini tərk edən amma tibbi maskadan istifadə etməyən şəxslərlə də polislər maarifləndirici söhbətlər aparıblar. Belə şəxslər polislər tərəfindən tibbi maska ilə təmin olunublar.
Tədbir çərçivəsində Sumqayıt Şəhər Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən də sürücülər və avtobuslar saxlanılaraq sərnişinlərlə profilaktik söhbətlər aparılıb. Nəqliyyat vasitələrinin sahibləri nizam-intizama dəvət edilib onlardan xüsusi karantin rejiminə əməl etmələri tələb edilib. Tədbir zamanı həmçinin Daxili Qoşunların xüsusi zirehli avtomobilləri və polis avtomobillərinin müşayəti ilə Sumqayıt şəhərinin bütün küçə, eləcə də prospektlərində kimyəvi maddələrlə dezinfeksiya işləri aparılıb. Sumqayıt şəhərində tibbi-profilaktik və dezinfeksiya işləri gündəlik olaraq gücləndirilmiş qaydada bundan sonra da davam etdiriləcək.
Namiq Musayev
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT











