Sumqayıtın nəqliyyat sistemində pulsuz Wi-Fi xidməti istifadəyə verilib

Sumqayıt şəhərində ictimai nəqliyyatda olan avtobuslar pulsuz Wi-Fi xidmətinə qoşulub.
Avtosfer.az xəbər verir ki, bu barədə “Report”a Sumqayıt Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, nəqliyyatın rahatlığını və hər gün ictimai nəqliyyatdan istifadə edən minlərlə sərnişinin məmnunluğunu nəzərə alaraq həyata keçirilən layihə ilkin mərhələdə 9 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslarda tətbiq olunub.
Pulsuz Wi-Fi xidməti mərhələli şəkildə şəhərdə fəaliyyət göstərən digər marşrut xətlərində də reallaşdırılacağı qeyd edilir.
“Bununla yanaşı, avtobusların bir mərkəzdən idarə olunması məqsədi ilə onlayn rejimdə Mərkəzləşdirilmiş Dispetçer Xidməti də yaradılacaq. Bu proses nəticəsində nəqliyyat vasitələrinin sürücülərinə nəzarət daha da artırılacaq. Həmçinin sürücü-sərnişin münasibətləri də diqqətdə saxlanacaq.
Sumqayıt şəhərində nəqliyyat infrastrukturu yenilənir. Yeni yollar salınır, marşrut xətlərində fəaliyyət göstərən avtobuslar müasir tələblərə cavab verən nəqliyyatla əvəzlənir. Son zamanlar şəhərin 20-ə yaxın marşrut xəttinə 206 müasir tələblərə cavab verən avtobuslar verilib”, - deyə qurumdan bildirilib.
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI












