Suraxanı polisi 50 aztəminatlı ailəyə yardım edib - FOTO

Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsinin şəxsi heyəti tərəfindən Hövsan qəsəbəsində koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi dövründə maddi dəstəyə ehtiyacı olan, evdən çıxa bilməyən tənha və yaşlı insanlara, eləcə də aztəminatlı, çoxuşaqlı ailələrə müqəddəs Ramazan ayının gəlməsi münasibəti ilə yardımlar edilib. DİN-dən Avtosfer.az-a verilən məlumata görə, polis əməkdaşları ümumilikdə 50 ailəyə baş çəkib müxtəlif ərzaq məhsullarından və gigiyenik vasitələrdən ibarət bağlamaları onlara təqdim ediblər.
Yardım edilən şəxslər göstərilən diqqət və qayğıya görə ölkə prezidenti başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər. Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən bu tipli xeyriyyə aksiyaları Ramazan ayı boyunca mütəmadi olaraq davam etdiriləcək.
Namiq Musayev

Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










