Suraxanıda qanunsuz tikili sökülüb - VİDEO

Bakıda qanunsuz tikilən obyekt sökülüb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nazirliyin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Bakı şəhəri, Suraxanı rayonunun inzibati ərazisində aparılan tikintilərə dövlət nəzarəti həyata keçirilən zaman vətəndaş Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən kənd təsürrüfatı təyinatlı torpaq sahəsində qanunsuz olaraq təyinatı məlum olmayan obyektin tikinti işlərinin aparıldığı aşkar edilib. Tikinti işlərinin dayandırılması barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, fiziki şəxs Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən bu işlər davam etdirilib.
Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1.1 və 95.2-ci maddələrinə əsasən, tikinti məqsədləri üçün ayrılmamış torpaq sahəsində tikinti işləri aparıldığına və xəbərdarlıqlara baxmayaraq tikinti işləri davam etdirildiyinə görə tikintisi başa çatmamış qanunsuz tikilinin sökülməsi barədə Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən 15 iyul 2020-ci il tarixində müvafiq rəsmi qərar verilib.
Azərbaycan Respublikası Prezidentinin 22 may 2015-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sökülməsi Qaydaları”nın 3.12-ci bəndinə əsasən, sökülməsi barədə qərar qəbul edilmiş tikilinin sahibi tikinti obyektinin sökülməsini bir ay müddətinə təmin etməlidir. Həmin müddət ərzində tikilinin sahibi Kazımov Firdovsi Alməmməd oğlu tərəfindən obyektin sökülməsi təmin edilmədiyindən obyekt Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə 15 avqust 2020-ci il tarixində sökülüb.
Bir daha, tikinti işləri ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək qanunvericiliyə əməl edilməsinin tələb olunduğunu xatırladırıq.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










