Sürücü davranışlarında müsbətə doğru irəliləyişlər var - RƏY

Bir müddət əvvəl biz sərnişinlərlə düzgün rəftar etməyən, qaydalara riayət etməyən, sükan arxasında mobil telefonla danışan və hətta sükan arxasında nahar edən sürücü davranışlarının şahidi olurduq.
Lakin bir müddət sonra BNA bu məsələləri bir qədər nəzarətə götürdü.
Avtosfer.az "Finans.az"-a istinadən xəbər verir ki, bunu nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov ictimai nəqliyyatda avtobus sürücülərinin davranışlarını şərh edərkən deyib. Ekspert bildirib ki, hazırda "BakuBus" sürücülərindən elə bir narazılıq yoxdur:
"Əksinə biz görürük ki, "BakuBus" avtobus sürücüləri lazım gəldikdə sərnişinlərə yaxından kömək edirlər. Onlar səhhətində problem yaranan, ağır yükü olan və digər bu kimi problemləri olan sərnişinlərə yardım etməyə tələsirlər. Bunlar müsbətə doğru addımlardır".
E. Cəfərov əlavə edib ki, lakin ictimai nəqliyyatda çalışan bir sıra daşıyıcı şirkətlər var ki, sürücülərinə qarşı heç bir tələb irəli sürməyiblər:
"Həmin sürücülər yenə də bəzən sərxoş halda avtobusu idarə edir, sükan arxasında siqaret çəkir, bəzən də, mobil telefon ilə danışırlar. Bunlar "BakuBus"a aid olmayan digər marşrut xəttinin sürücüləridir ki, bu daşıyıcı şirkətlər hələ də sözügedən məsələni idarə edə bilməyiblər. Fikrimcə, bu cür şirkətlərə qarşı müəyyən sanksiyalar tətbiq edilməlidir. Həmin şirkətlər ya o sürücüləri işdən kənarlaşdırmalı, yaxud da özləri daşıyıcılıq fəaliyyətindən könüllü surətdə imtina etməlidirlər. Düşünmürəm ki, onlar könüllü surətdə imtina etsinlər, buna görə də onlara qarşı hər hansı bir sanksiya irəli sürülməlidir. Təəsüf ki, hələ də sərnişinlərlə mübahisə edən, nalayiq ifadələr işlədən sürücülər var. Lakin müsbətə doğru irəliləyişlər nəzərəçarpacaq dərəcədədir. Sürücü davranışlarına nəzarətin ciddiləşdirilməsi, həmin daşıyıcı şirkətlərə qarşı ciddi tədbirlərin həyata keçirilməsi sürücü özbaşınalıqlarının aradan qaldırılmasına müsbət təsir görstərə bilər".
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












