Sürücülərə ŞAD XƏBƏR: Bu halda cərimələnməyəcəksiniz, amma...

“Nəqliyyat vasitələrinin sahiblərinin icbari sığorta müqaviləsi bitibsə, onlar onlayn şəkildə müqavilə bağlaya bilər”. Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, Kamran Əliyev məlumat verib.
Onun sözlərinə görə, icbari sığorta müqaviləsinin ödənişləri də onlayn şəkildə ödənilir:
“Xüsusi karantin müddətində kimsə hansısa səbəbdən sığorta şirkətləri ilə müqavilə bağlaya bilmirsə, texniki problemin yaranma məsələsi nəzərə alınacaq. Belə ki, icbari sığorta müqaviləsinin bağlanmamasına görə də həmin nəqliyyat vasitələrinin xüsusi texniki vasitələrlə aşkarlanması prosesi karantin rejiminin sonuna kimi dayandırılıb”.
Kamran Əliyev icbari sığorta müddətinin bitməsindən sonra bu müddətdə qəza baş veribsə, bununla bağlı prosedurun necə tənzimlənəcəyi barədə də danışıb:
“Əgər icbari sığorta müddəti başa çatan nəqliyyat vasitəsi hansısa qəza törədirsə, o zaman nə qarşı tərəfə dəyən ziyan, nə də avtomobilə dəymiş ziyan ödəniləcək”, - deyə K.Əliyev qeyd edib.
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB












