Sürücülərin nəzərinə! Bu yolda istiqamət dəyişdi - cərimə edilə bilərsiniz - FOTO

Bu gün səhər saatlarından "Xətai" metrosu yaxınlığında, Sabit Orucov küçəsində yol nişanlarında dəyişiklik edilib. Əvvəllər iki istiqamətli olan yol bir istiqamətli edilib.
Avtosfer.az sputnik.az-a istinadən xəbər verir ki, bu barədə sürücülərdən biri məlumat verib. O bildirib ki, sürücülərin əksəriyyəti bu dəyişiklikdən xəbərsiz olduğu üçün qarşı yola çıxaraq, qayda pozmaqla yanaşı, tıxacın yaranmasına səbəb olub.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, belə hallarla bağlı müvafiq qurum mətbuat vasitəsilə ilə sürücülərə xəbərdarlıq etməlidir. Bundan sonra həmin yol nişanları çəkilib, quraşdırılmalıdır: "Düzdür, bəzi sürücülər öz adətlərindən əl çəkmirlər. Belə düşünürlər ki, həmişə haradan getmişəmsə, yenə oradan getməliyəm. Amma qaydalar hamı üçündür və yol xətlərində dəyişiklik varsa, hamı buna əməl etməlidir. Hazırkı vəziyyət onu bir daha sübut edir ki, sürücülər yollarda nişanlama xətlərinə baxmır, şüuraltı hərəkət edirlər".

Ekspert həmçinin vurğulayıb ki, bu, həm də müvafiq qurumların məsuliyyətsizliyidir. Həmin qurumlar yolda dəyişikliklə bağlı mətbuatda ətraflı məlumat verməli idi:
"Bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4 maddəsilə tənzimlənir. Və sürücülər birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etdiklərinə görə 100 manat - 4 bal cərimə edilirlər".
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi Vaqif Əsədov bildirib ki, bir müddət öncə Xətai rayonunda iki küçə - Sabit Orucov və ona paralel küçələrdə hərəkətin istiqaməti dəyişdirilib. Sürücülərə qaydalara əməl etmək tövsiyə edilir.
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO
Pəhləvan Elmin Mehdiyevin şouları: Əyləncə, yoxsa israf? - SOSİOLOQ
Azərbaycan üzərindən marşrutda sürpriz dayanacaq: Yol Çində bitmir - FOTO
İnfluenserlə bağlı yeni vergi təkmilləşdirilməsi necə olacaq? - AÇIQLAMA
Bişkek görüşündə TRIPP layihəsi ilə bağlı hansı qərarlar verilib? – POLİTOLOQ
Dəmir yolu xəttində yenidənqurma: 2028-ci ilədək nələr dəyişəcək?










