Sürücünü bıçaqlayan şəxsə ağır cəza

Bakı Ağır Cinayətlər Məhkəməsində Abşeron rayon sakini Mehdi Yusifovun (1982-ci il təv.) CM-nin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesinin baxışı yekunlaşıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, ötən il sentyabrın 1-də Abşeron rayonunun Novxanı qəsəbəsində yerləşən sərnişin dayanacağında Mehdi Yusifov marşrut avtobusunda konduktor işləyən nitq qüsurlu Anar adlı şəxslə zarafat edib, bu vaxt avtobusun sürücüsü Elçin də söhbətə qarışıb və Mehdiyə onunla zarafat etməsini irad tutub. Aralarında yaranan söz-söhbətin qarşısı alınıb, amma avtobusa əyləşib onu 150-200 metr irəliyə idarə edən şəxs yenidən düşərək, geri qayıdıb və Mehdi ilə mübahisəsini davam etdirib. Nəticədə Yusifov üzərində olan qatlanan bıçaqla zərərçəkənə bir neçə bıçaq zərbəsi vurub. Dərhal sonra yaralanan şəxs 1 saylı şəhər xəstəxanasına çatdırılıb və onun həyatı həkimlər tərəfindən xilas edilib. Elə həmin gün şübhəli şəxs Abşeron RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə prosesində M.Yusifov ittiham üzrə özünü qismən təqsirli hesab etməklə, ifadəsində cinayəti özünü müdafiə etmək məqsədi ilə törətdiyini bildirib.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












