Sürücünü qətlə yetirən azərbaycanlı saxlanıldı

Avtosfer.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Tverin Sovetski rayonunda öz həmvətənini, marşrut sürücüsünü qətlə yetirməkdə şübhəli bilinən 42 yaşlı azərbaycanlı həbs edilib, bu barədə Rusiya İstintaq Komitəsinin regional istintaq idarəsində bildiriblər. Xatırladaq ki, qətl mart ayının 27-də axşam saatlarında törədilib.
29 yaşlı Azərbaycan vətəndaşının sinə və qarın nahiyəsindən aldığı bıçaq yaraları olan cəsədi son dayanacaqdan 80 km aralıda aşkar edilib. Şahidlərin sözlərinə görə, həlak olan və qatil avtobusun salonunda mübahisə ediblər, sonra isə sürücü yardıma çağıraraq maşından düşüb, bir neçə metr qaçdıqdan sonra yıxılıb.
O, təcili yardım gələnə qədər dünyasını dəyişib, “Cinayət şəxsi münaqişə zəminində baş verib, onlar öncədən tanış idilər. Münaqişə zamanı şübhəli bilinən şəxs sürücüyə həyatı təhlükəli ağır xəsarət yetirib”, - İstintaq komitəsində bildiriblər. Saxlanılan şəxsə qarşı RF CM 105 maddəsi (qətl) üzrə cinayət işi açılıb.
Bu yollarda tıxac var - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!
“Əsgərimizə məkanı yollayıb ki, “gəl bizə!” – Ədalət Verdiyevdən ŞOK açıqlamalar
Məktəbdə geyim qaydaları: hüquq, inanc və dövlətin məsuliyyəti - Ortaq məxrəc nədir? – RƏY
İlham Əliyevin Türkmənistana səfəri Azərbaycana nə qazandırdı? - AÇIQLAMA
Jurnalistikada bakalavr təhsili alan tələbələrin ixtisaslaşdırılması niyə aparılmır? - AÇIQLAMA
Bakıda çəkiləcək kanat yolu haradan keçəcək? – AÇIQLAMA
Məhsulun istehlakçıya qədər keçdiyi mərhələlərdə qiymət artımının qarşısını necə almaq olar? - İQTİSADÇI












