Şuşa 24 saat içməli su ilə təmin olunacaq - VİDEO

Şuşanın su təchizatı ilə bağlı bütün fəsillər üçün qiymətləndirmə aparılıb. Şəhərdə yarana biləcək su çatışmazlığını aradan qaldırmaq məqsədilə su anbarı tikiləcək. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda məqsəd Şuşada su təchizatını 24 saat fasiləsiz rejimdə təmin etməkdir.
Şuşada yarana biləcək su çatışmazlığını aradan qaldırmaq üçün su anbarı tikiləcək. "Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı jurnalistlərə açıqlamasında bildirib ki, hazırda məqsəd su təchizatını 24 saat fasiləsiz rejimdə təmin etməkdir. Sovet dövründə su fasiləli qrafiklə olub deyə qurum rəsmisi qeyd edib. Anar Cəbrayıllı vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə içməli su mənbələri ilə bağlı heç bir problem yoxdur, çünki orada yeraltı və yerüstü su mənbələri var. Onu da qeyd edək ki, Media nümayəndələrinin içməli və tullantı su sektoru ilə bağlı bilik və təcrübələrinin artırılması məqsədilə "İçməli və tullantı su təsərrüfatının inkişafı və qarşıda duran vəzifələ" mövzusunda Azərsu və Medianın İnkişafı Agentliyi ilə birgə təlim keçirilib. Təlim və İnnovasiyalar Mərkəzində təşkil olunan tədbirdə 40-dan artıq media orqanının nümayəndələri iştirak edib. İştirakçılar Təlim və İnnovasiyalar Mərkəzi və mərkəzin təcrübə poliqonunda yaradılmış şəraitlə tanış olublar. bildirib ki, təlimin keçirilməsində məqsəd son dövrlər müşahidə olunan iqlim dəyişiklikləri, su ehtiyatları və onlardan səmərəli istifadə, əhalinin içməli və tullantı su xidmətlərindən istifadəsinin yaxşılaşdırılması sahəsində mətbuat nümayəndələrinin bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək göstərməkdən ibarətdir.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












