Taksi sürücüləri qaydalara əməl etmirlər - VİDEO

Dəfələrlə xəbərdarlıq edilsə də metronun ''20 Yanvar'' stansiyasının qarşısındakı taksi sürücüləri qaydaları əməl etmirlər. Ərazidə dayanma və durma qaydasını qadağan edən nişan, hətta kamera olsa da taksi sürücüləri bunlara məhəl qoymurlar.
Ərazidə dayanma və durmanı qadağan edən nişan var amma taksi sürücüləri buna məhəl qoymur.
Hətta bir tərəfdə Bakı Nəqliyyat Agentliyinin kamerası belə var. Görüntülər metronun ''20-yanvar'' stansiyasının qarşısından çəkilib. Şamaxinka adlanan ərazindən Moskva prospekti ilə gələn sürücülərə yolun sağ tərəfində sıra ilə park edilən taksi sürücüləri mane olur. Yolun sağ tərəfində avtomobillərini park edən taksi sürücüləri ''20 Yanvar'' ətrafında sıxlığın səbəbini belə izah edirlər..
Qeyd edək ki, bu sürücülərin dayandığı ərazidə hətta dayanma və durmanı qadağan edən nişan da var. Sözügedən ərazidə işıqforun sağa yəni Müzəffər Həsənov küçəsinə doğru hərəkəti daimi yaşıldır. Burda da taksilərin dayanması həmin zolağa daxil olan sürücülərə mane olur.
Həmin ərazidə yolun əks tərəfində isə Bakı Nəqliyyat Agentliyinin müşahidə kameraları belə var. Amma sürücülər buna da məhəl qoymayaraq avtomobillərini yolun kənarında saxlayırlar.
Belə olduqda həmin əraziyə müştəri gətirən taksi sürücüləri sərnişinləri məcbur qalıb yolun hərəkət hissəsində düşürürlər. Bu da yolun daha bir zolağını bağlayır.
Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin Mətbuat katibi Mais Ağayev bildirdi ki, metronun ''20 Yanvar'' stansiyasının ətrafında hərəkəti iflic edən qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülərdir. Mais Ağayev onu da bildirdi ki, hər gün həmin sürücülərə qarşı agentlik tərəfindən həm kameralar həm də ərazidə xidmət aparan əməkdaşlar tərəfindən qanuna uyğun şəkildə inzibati qaydada cərimə sanksiyası tətbiq edilir.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










