Taksi sürücüsü tərəfindən əxlaqsızlığa məruz qalan xanım: "Başıma oyun..." - VİDEO

Ötən gün "Uber" taksi xidmətindən istifadə edən xanım sərnişinlərdən biri əxlaqsızlığa məruz qalıb.
Sfera.az xəbər verir ki, məsələnin ictimailəşməsindən sonra 1972-ci il təvəllüdlü taksi sürücüsü polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Onun barəsində əmələ görə inzibati icra işi aparılıb. Hazırda araşdırma aparılır.
Qeyd edək ki, sosial mediada geniş müzakirə obyektinə çevrilən hadisə ilə bağlı xanım sərnişini qınayanlar da olub. Onun taksi sürücüsü ilə mülayim danışması birmənalı qarşılanmayıb.
Taksi sürücüsü tərəfindən əxlaqsızlığa məruz qalan xanım onu qınayanlara cavab verib: "Siz mənim yerimdə olsaydınız, o maşında tək idim və axşam vaxtı maşında qapılar kilidli idi. Mən onunla aqressiv danışsaydım maşını başqa yerə sürüb başıma oyun açardı.
Nə qədər düşüncəsiz zəif insanlarsınız ki, buna nə ad qoyursunuz. Rəvac verən insan heç vaxt video çəkiliş edib ictimailəşdirməz.
Az da olsa bir-birimizə düşmən olmayaq. Unutmayın ki, bu hadisə bütün insanların, hətta sizin xanımlarınızın da başına gələ bilər".
Taksidə baş verən əxlaqsız durumla bağlı "Uber" şirkəti də reaksiya verib: "Yaranmış hadisə barəsində xəbərdarıq və müştəri ilə bu barədə danışıqlar aparılıb. Sürücünün bu cür hərəkəti qəbuledilməzdir və servis bu barədə lazım olan tədbir görüb".
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












