Taksi xaosu: Əsas səbəblər və həlli yolları

Son illər ölkədə taksi fəaliyyəti ilə bağlı yaranmış problemlər həm sürücüləri, həm də sərnişinləri narahat edir. Taksi sürücüləri aqreqatorlardan və ağır iş şəraitindən, sərnişinlər kobud sürücülərdən, vətəndaşlar isə nəzarətsiz və tələbatdan artıq taksilərin paytaxt küçələrində yaratdığı uzun tıxaclar, eyni zamanda, xaosdan şikayətlənir. Sadalanan problemlərdən çıxış yolu kimi müxtəlif versiyalar səslənsə də, vəziyyət dəyişməz olaraq qalır. Problemin həlli ilə bağlı qanunvericiliyə dəyişikliklər və yeniliklər edilməsi də səslənən versiyalar arasındadır. Nəqliyyat məsələləri üzrə ekspert, avtosfer.az saytının baş redaktoru mövzu ilə bağlı Elməddin Muradlı “İki sahil”ə açıqlamasında mövcud problemin əsas səbəblərini və həlli yollarını açıqladı.
Onun sözlərinə görə, qanunvericiliyə hər hansı bir dəyişiklik etməyə ehtiyac yoxdur: “Çünki qanunvericilik kifayət qədər dolğundur, əsaslıdır və müasir tələblərə də cavab verir. Texnologiyaların inkişafından irəli gələn müəyyən yenilikləri nəzərə alaraq bəzi xırda dəyişikliklərə getmək olar. Məsələn, deyək ki, onlayn sifarişlərlə bağlı bizim qanunvericilikdə tam detallı məqamlar yoxdur. Nazirlər Kabinetinin 73 saylı və 141 saylı qərarları var. Bunlar taksi fəaliyyəti və ümumiyyətlə, sərnişindaşıma ilə bağlıdır. Taksinin rəngindən, sürücünün iş və istirahət rejimindən tutmuş bütün məsələlər orada öz əksini tapır. Sadəcə işə götürmə ilə müəyyən məqamları sərtləşdirmək olar ki, heç bir şirkət üzünü görmədiyi sürücünü işə götürə bilməsin. Hazırda bu cür işəgötürmə halları mövcuddur. Məsələn, siz hər hansı kafedə oturursunuz, çay içə-içə hansısa şirkətə sürücülük vəsiqəsini, avtomobilin texniki pasportunu göndərirsiniz və onunla əməkdaşlıq etməyə başlayırsınız. Halbuki dünyanın heç bir yerində belə bir şey yoxdur. Bu baxımdan sürücülərin tibbi müayinəsi sərtləşdirilməli, narkoloji, həmçinin ruhi-əsəb dispanserindən yoxlamalar gətirilməlidir. Bu cür yoxlamalar ən azından hər 3-6 aydan bir təkrarlanmalıdır. Yəni, ilkin mərhələdə vəziyyəti dəyərləndirmək üçün 6 ay müddət qoymaq olar. Əgər neqativ hallar çıxsa, bunu 3 aya endirmək olar.”
Ekspert maraqlı bir məsələyə də toxundu. Bildirdi ki, taksi sürücülərindən avtomobillərində iki tərəfli – yəni, həm çölü, həm də içərini çəkən reqistrator qoyulması tələb edilməlidir: “Vətəndaş şikayət edəndə ki, sürücü məni təhqir edib həmin görüntülər ortalığa çıxarılmalıdır. Yəni, yaxşı nümunə də, pis nümunə də bir mərkəzə toplanmalıdır. Mərkəz onu analiz etməli, pisin qiymətini pis, yaxşının da qiymətini yaxşı verməlidir. Yəni, burada vahid taksi xidmətindən söhbət getmir. Belə olsa, bu, o deməkdir ki, sahibkarlığa qarşı sərt bir addım atıldı. Cənab Prezident İlham Əliyev həmişə deyir ki, sahibkarlıq inkişaf etməlidir, müxtəlif sahələrdə rəqabətli, rentabelli xidmət göstərilməlidir. Ölkəmizdə sahibkarlara böyük bir dəstək var. İndi kim gəlib deyər ki, sən işləmə, başqası işləsin. Amma hamı qayda-qanun çərçivəsində işləməlidir. Sahibkarsan deyə, hər şeyi öz bildiyin kimi etməli deyilsən ki? Qayda-qanun nəyə imkan verirsə, onu etməlisən.”
çölü, həm də içərini çəkən reqistrator qoyulması tələb edilməlidir: “Vətəndaş şikayət edəndə ki, sürücü məni təhqir edib həmin görüntülər ortalığa çıxarılmalıdır. Yəni, yaxşı nümunə də, pis nümunə də bir mərkəzə toplanmalıdır. Mərkəz onu analiz etməli, pisin qiymətini pis, yaxşının da qiymətini yaxşı verməlidir. Yəni, burada vahid taksi xidmətindən söhbət getmir. Belə olsa, bu, o deməkdir ki, sahibkarlığa qarşı sərt bir addım atıldı. Cənab Prezident İlham Əliyev həmişə deyir ki, sahibkarlıq inkişaf etməlidir, müxtəlif sahələrdə rəqabətli, rentabelli xidmət göstərilməlidir. Ölkəmizdə sahibkarlara böyük bir dəstək var. İndi kim gəlib deyər ki, sən işləmə, başqası işləsin. Amma hamı qayda-qanun çərçivəsində işləməlidir. Sahibkarsan deyə, hər şeyi öz bildiyin kimi etməli deyilsən ki? Qayda-qanun nəyə imkan verirsə, onu etməlisən.”
Dünyanın gündəmi son 6 ildə necə dəyişib? - POLİTOLOQ
Bakının yeni tramvay marşrutu - Məhəmmədi, Binəqədi, "28 May"... - FOTO
Neftin qiymətində artım büdcə gəlirlərinə necə təsir edəcək? – DEPUTAT
Azərbaycan TDT üçün niyə mühüm ölkədir? – POLİTOLOQ
DYP-dən traktor və kənd təsərrüfatı texnikalarının sürücülərinə XƏBƏRDARLIQ
Ukraynanın hücumları Rusiya seçkilərinə necə təsir etdi? – Politoloq
Abşeron sahillərində nəqliyyat yükü necə azaldılmalıdır? – EKSPERT
Bir zolaq ləğv edilsin, yerinə velosiped yolu çəkilsin – TƏKLİF
Bu yollarda tıxac var - SİYAHI - FOTO
XTQ mayorunun döyüş gündəliyi: Xankəndiyə aparan 23 saat 43 dəqiqə
Ermənilər Kərkini boşaldacaq: Paşinyan qərar verdi












