Taksilərdə qiymətlərlə bağlı VACİB AÇIQLAMA

"Taksilərdə keyfiyyət qismən normaldır. Daha çox qeyri-normaldır. Taksilərdə xidmətin keyfiyyətii qənaətbəxş deyil".
Bu sözləri açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov bildirib.
Onun sözlərinə görə, taksi sahəsində qiymət bazar iqtisadiyyatı əsasında formalaşır: "Bugünkü qiymətlər vətəndaşlara sərf edir. Lakin taksi qiymətlər dəyişən tarifdir. Mövsüm, gecə-gündüz, iqlim görə qiymətlər tənzimlənir. Məsələn, qar yağanda qiymətlər adi günlərə nisbətdə 3-4 dəfə bahalaşır.
Fikrimcə, taksilərdə qiymətlə bağlı dəyişikliyə ehtiyac yoxdur. Eyni zamanda taksi fəaliyyəti ilə bağlı islahatlara ehtiyac var. Lakin bu islahat taksilərdə deyil, taksi fəaliyyətini nəzarətdə saxlamalı olan və bu sahədə nizam-intizam yratmalı olan qurumlarda aparılmalıdır".
Ekspert ötən illərdə Bakı Nəqliyyat Agentliyinin (BNA) Nazirlər Kabinetinə təqdim etdiyi layihə ilə bağlı da danışıb. O bildirib ki, layihədə xoşuna gəlməyən iki məqam olub: "Birincisi taksilərin sayı ilə bağlı kvota məsələsidir. İkincisi isə qiymətlə bağlı bir bəndin olmasıdır. Nə qiymət, nə də say bir vətəndaş kimi məni qane etmir. Bu sahədə qiymət bazar iqtisadiyyatı əsasında tənzimlənir. Hər hansı xüsusi kvota olmamalıdır. Hər bir vətəndaş və sahibkar Azərbaycan Respublikası qanunlarına riayət etməklə taksi fəaliyyəti ilə məşğul olmalıdır.
Azərbaycanda taksi fəaliyyətini tənzimləyən qərarlar mövcuddur. Nazirlər Kabinetinin reqlamenti var,
taksi fəaliyyətini tənzimləyən qurumlar və qanunverici baza mövcuddur. Sadəcə bu qanunların həyata keçməsi üçün qurumlar ciddi işlər görməlidir ki, taksi sahəsində nöqsanlar aradan qalxsın".
baku.ws
Bakıda tikintilərlə nəqliyyat necə əlaqələndirilməlidir? – Ekspert AÇIQLADI
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTO
Prezidentin şərəfinə verilən ziyafətdə möhtəşəm ifa - VİDEO
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"










