Taksilərin təmizliyinə kim nəzarət edir?

İctimai nəqliyyatdan gündəlik istifadə edənləri maraqlandıran məqam həmin nəqliyyat vasitələrinin təmizliyidir. Təbii ki, Bakı metropoliteni və Bakı Nəqliyyat Agentliyinin (BNA) tabeliyində olan avtobuslar mütəmadi olaraq dezinfeksiya edilir. Lakin taksilərdən istifadə edənlərin sayı da kifayət qədərdir.
Bəs taksilərin təmizliyinə nə dərəcədə əməl edilir? Taksi şirkətləri və ya fərdi taksi xidməti ilə məşğul olan şəxslər üzərində nəzarət varmı?
Avtosfer.az xəbər verir ki, Qazet.az-ın bu mövzuda suallarına nəqliyyat üzrə ekspert Elməddin Muradlı cavab verib.

Ekspert bildirib ki, BNA taksi şirkətlərinə görülməsi vacib olan qabaqlayıcı tədbirlər haqqında tövsiyələr verib.
“Bir çox taksi şirkətləri həmin müraciətə qoşulublar. Amma qoşulmayanlar da var. Onlar da fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olanlardır. Onlar bunun əhəmiyyətini və vacibliyini dərk etmirlər. İstər fərdi taksi sürücüləri olsun, istər şirkət olsun, hər bir halda, müraciət edib avtomobili dezinfeksiya etdirmək vacibdir,” – deyə ekspert bildirib.
Elməddin Muradlı hansı dezinfeksiya işlərinin aparılmalı olduğunu da açıqlayıb.
“Sürücü dərk etməlidir ki, gün ərzində onlarla müştəri minib-düşür. Həm də özlərinin təhlükəsizliyini düşünməlidirlər. Ən azından, elementar qaydada dezinfeksiya işləri aparılmalıdır. Qapı tutacaqları, oturacaqlar, sükan, ötürücü qutuların üst hissəsi tez-tez spirtlənməlidir. İstər taksi şirkətləri, istərsə də fərdi sürücülər bunu etməlidir”, – deyə mütəxəssis vurğulayıb.
Gültən Qədirli
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











