Tarixi gün: 86 ildən sonra Ayasofyada ilk dəfə namaz qılınacaq

Bu gündən Ayasofya məscid kimi fəaliyyətini bərpa edir.
Avtosfer.az xəbər verir ki, tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək.
Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Ayasofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı.
İyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb.
86 ildən sonra Ayasofya yenidən məscid kimi möminlərin ixtiyarına verilib. İyulun 24-də məsciddə ilk Cümə namazı qılınacaq. Namaza Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və koalisiya ortağı, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə yanaşı daha 1 500 nəfər qatılacaq.
Məscidə giriş zamanı koronavirusa görə bütün qoruyucu tədbirlər görüləcək. Məscid-muzeyin 17 yerində 736 tibb işçisi fəaliyyət göstərəcək, habelə 1 tibbi helikopter, 101 təcili tibbi yardım maşını cəlb ediləcək.
Məscidə İspartadan 20 ton gül suyu göndərilib.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











