Tbilisidə Əhməd Cavadın adını daşıyan küçənin lövhələrindəki səhv düzəldilib - FOTO

Gürcüstanın paytaxtı Tbilisi şəhərində Azərbaycanın görkəmli şairi Əhməd Cavadın adını daşıyan küçədəki ünvan lövhələri yeniləri ilə əvəzlənib.
“Report”un yerli bürosu xəbər verir ki, Tbilisi Şəhər Şurasının Ad və Simvolika üzrə Komissiyasının tapşırığı əsasında küçədə şairin ingilis dilində soyadının səhv yazıldığı lövhələr götürülüb.
2011-ci ildən Tbilisinin İsani rayonunda Ə.Cavadın adını daşıyan küçədə artıq yeni hazırlanmış və istiqlal şairimizin ingilis dilində ad və soyadının düzgün formada yazıldığı 38 ədəd lövhə quraşdırılıb.
Ünvan lövhələri ilə bağlı məsələni “Report”un Gürcüstan bürosu gündəmə gətirmişdi. 2020-ci ilin fevralında lövhələrdə səhvə yol verilməsi barədə məlumat Ad və Simvolika üzrə Komissiyanın diqqətinə çatdırılıb. Qurumdan bildirilmişdi ki, səhvlərin aradan qaldırılması üçün tədbirlər görüləcək.
Son iki il ərzində məsələ həllini tapmadığından “Report”un Gürcüstan bürosu bu ilin fevral ayında Tbilisidəki Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinə müraciət edib. Muzeyin direktoru Leyla Əliyeva adıçəkilən komissiyanın sədri Nino Vardosanidzeyə məktub ünvanlayaraq lövhələrdə səhvin aradan qaldırılmasını xahiş edib.
Muzeyin direktor müavini Leyla Əliyeva bildirib ki, məsələ ilə bağlı komissiyanın sədri N.Vardosanidze ilə görüş keçirilib. O, görüş zamanı diqqətə çatdırıb ki, Ə.Cavad Azərbaycanın məşhur şairi, ictimai xadimi və dövlət himninin müəllifidir, Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını orijinaldan Azərbaycan dilinə tərcümə edib:
“Söhbət zamanı xatırlatdım ki, bu ilin may ayının 5-də Əhməd Cavadın anadan olmasının 130-cu ildönümü tamam olacaq. Tbilisidə onun adını daşıyan küçədəki lövhələrdəki səhvlərin düzəldilməsi ədibin xatirəsinə ehtiramın ifadəsi olar. Bizə bildirildi ki, aprel ayının 10-dək lövhələr yeniləri ilə əvəzlənəcək. Komissiya rəhbərinin verdiyi vəd tam vaxtında yerinə yetirildi. Müraciətimizi qısa vaxt ərzində təmin etdiklərinə görə Tbilisi Şəhər Şurasının rəhbərliyinə, Ad və Simvolika üzrə Komissiyasının sədr və üzvlərinə təşəkkürümü bildirirəm”.
L.Əliyeva əlavə edib ki, M.F.Axundzadə adına Mədəniyyət Muzeyinin təşkilatçılığı və Tbilisi Şəhər Şurasının dəstəyi ilə Ə.Cavadın 130 illiyinə həsr olunan tədbirin keçirilməsi planlaşdırılır.
Tarixin yalnız təqvimdə qalmadığı gün - 3 Oktyabr - FOTOSESSİYA
Bakıda “manatlıq”lar qəfildən yığışdırıldı – Əslində nə baş verir?
Yağış Masazır dairəsini İFLİC etdi - VİDEO
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO












