TƏBİB koronavirusa yoluxan alimlə bağlı məsələləri nəzarətə götürdü

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) koronavirusa yoluxmuş əməkdaşı ilə bağlı növbəti dəfə məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, AMEA-nın Dilçilik İnstitutunun Mətbuat xidmətindən "Report"a bildirilib ki, İnstitutun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir.
"Günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək onlara İdris Abbasovun səhhəti ilə bağlı məlumat verib və lazımi köməklik göstərilməsini xahiş edib. Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər", - məlumatda bildirilib.
Qeyd edək ki, bir neçə gün əvvəl institut İdris Abbasovun səhhəti ilə bağlı məsələnin AMEA-nın diqqətində olduğu və rəhbərlik tərəfindən ona hər cür maddi və mənəvi kömək göstəriləcəyi barədə məlumat yayıb.
Xatırladaq ki, ötən gün tənqidçi Əsəd Cahangir koronavirusa yoluxduğu təsdiqlənən İdris Abbasovun və həyat yoldaşının hələ də xəstəxanaya yerləşdirilmədiyi və heç bir tibbi yardım almadığı barədə məlumat yayıb.
Onun sözlərinə görə, mədə-bağırsaq sistemində xroniki xəstəliyi olan və hepatitdən əziyyət çəkən İ.Abbasovun getdikcə kəskinləşən və böhran həddinə yaxınlaşan durumu xüsusilə təhlükəlidir. O, İ.Abbasovun övladlarının da quru öskürəyi və qızdırması olduğunu bildirib.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












