TƏBİB: “Koronavirusu yüngül keçirən xəstələrin evdə müalicəsi haqqında hələ qərar verilməyib”

TƏBİB yüngül koronaviruslu xəstələrin ev şəraitində müalicə olunması məsələsiylə bağlı məlumat yayıb.
Qurumdan Avtosfer.az-a daxil olan məlumatda bildirilir ki, hazırda ölkəmizdə COVID-19 testi təsdiqlənmiş simptomsuz və yüngül simptomlu xəstələrin müşahidəsi və müalicəsi xüsusi rejimli tibb müəssisələrində aparılır.
Virusa yoluxma sürətinin artmasını nəzərə alaraq bu dəyişikliyin COVID-19 xəstələrinin müalicəsinə tətbiqi Nazilər Kabineti yanında Operativ Qərargah tərəfindən müzakirə olunur. COVID-19 xəstəliyini yüngül simptomla və ya simptomsuz keçirən şəxslərin ev şəraitində təcridi və müalicəsi barədə qərar qəbul edildiyi halda ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nın təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2020-ci il 1 may tarixli 161 nömrəli Qərarında dəyişiklik edilib. Dəyişikliyə əsasən, hava-damcı yolu ilə yoluxmuş xəstələrlə təmasda olan şəxslərin karantin nəzarətinə götürülməsi qaydasında yeni qaydalar müəyyən edilib.
Belə ki, qərara edilən yeni dəyişikliyə görə, yoluxucu xəstəliyə yoluxma faktı təsdiq edilmiş şəxslər xəstəliyi yüngül formada keçirdiyi hallarda və onların xüsusi tibb müəssisələsindən kənarda müalicə olunması mümkün hesab edildikdə, onlar həkim rəyinə əsasən müəyyən olunmuş qaydalara riayət etməklə, yaşadıqları və ya olduqları yerdə təcrid olunurlar və onların üzərində tibbi müşahidə həyata keçirilir
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











