TƏBİB müsabiqə elan edib, bahalı telefon qazana bilərsiniz

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) pandemiya ilə mübarizə dövründə vətəndaşlara xidmət göstərən insanları ictimaiyyətə tanıtmaq üçün "Günün Qəhrəmanları" yazı müsabiqəsinə start verib.
Avtosfer.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, müsabiqə bu dövrdə müxtəlif sahələrdə çalışıb həyatlarını riskə atan insanlar, karantin zamanı həyata keçirilən sosial layihələr və təşəbbüslər haqqında hekayələri əks etdirəcək.
Ən yaxşı 3 hekayənin müəlliflərinə Samsung S10+, Huawei P30 Pro, 500 AZN dəyərində pul mükafatı hədiyyə olunacaq.
Daha 3 həvəsləndirici yerin sahiblərinə isə 300 AZN məbləğində pul mükafatı təqdim olunacaq.
Şərtlər:
1. Yazılar real hekayələrə əsaslanmalı və müəllif haqqında danışılan şəxsdən yayımla bağlı razılıq almalıdır. Məqaləyə şəxsin razılığı əsasında foto və videolar da əlavə edilə bilər.
2. Jurnalistlər yazılarını Nar və TƏBİB-in birgə keçirdiyi müsabiqə çərçivəsində hazırlandığını qeyd edərək mediada yerləşdirdikdən sonra müvafiq linklə bərabər [email protected] elektron ünvanına göndərməlidirlər.
3. Sosial media istifadəçiləri də yazılarını Word faylına yerləşdirib [email protected] elektron ünvanına göndərməlidirlər. Bundan başqa müsabiqənin həştaqını qeyd etməklə yazılarını öz sosial media səhifələrində də paylaşa bilərlər.
Həştaqlar: #GününQəhrəmanları #Nar #TƏBİB
Qeydlər:
- Qaliblər münsiflərimiz tərəfindən müəyyənləşəcək;
- Müsabiqədə həm jurnalistlər, həm də sosial media istifadəçiləri iştirak edə bilər;
- Qoşulmaq üçün son tarix 10 avqustdur.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











