Təcili yardım çağırışlara niyə gecikir?..

Son günlər təcili tibbi yardım çağırışları edən əksər insanlar tibb işçilərinin çağırışlara gecikməsindən gileylənir, hətta bəzən günlərlə cavab ala bilmədiklərini də bildirirlər.
Bir neçə gün öncə atası vəfat edən jurnalist Seymur Kazımov da “Facebook” hesabında açıq şəkildə yazdığı məktubda bu problemə toxunub və paylaşım geniş müzakirələrə səbəb olub. Jurnalist xəstəxanalarda yer olmamasından və bu səbəbdən atasının xəstəxanaya yerləşdirilməsinin gecikməsindən də narazılığını dilə gətirib.
Bu cür riskli bir dönəmdə təcili yardım xidmətinin müraciətlərə gecikməsinə səbəb nədir? Doğrudanmı xəstəxanalar artıq yeni xəstə götürmək gücündə deyil?
Məsələ ilə bağlı məlumat verən TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva təcili yardım maşınlarının çağırışlara gecikməsini müraciətlərin çoxluğu ilə əlaqələndirib: “Təcili yardımda çağırışlara gecikmələrlə bağlı bildirə bilərik ki, sərt karantin günlərində “COVID-19”la bağlı və digər xsətəliklərə görə çağırışların sayı çox olur. Bu səbəbdən gecikmə halları yaşanır. Lakin hər bir çağırış icra edilir”.
TƏBİB nümayəndəsi xəstəxanalarda boş yerlərin olmaması məsələsinə də toxunub: “Koronaviruslu xəstələr üçün xəstəxanalarda ayrılmış yerlər bitməyib. Hazırda modul tipli xəstəxana da fəaliyyətə başlayıb və yer qıtlığı yoxdur”. (Modern.az)
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS










