Təcili yardım işçilərinin 20 faizi koronavirusa yoluxub

Rusiyanın Sankt-Peterburq Şəhər Təcili Tibbi Yardım Xidmətinin hər 5 əməkdaşından 1-i koronavirusa yoluxub. Bu barədə Sankt-Peterburq hakimiyyətindən bildirilib.
Məlumata görə, bu səbəbdən, eləcə də şəhərdə yaranan ağır epidemioloji şəraitlə bağlı pasiyentlər təcili yardım xidmətini daha çox gözləyirlər.
Şəhərin səhiyyə üzrə komitəsinin tibbi ambulator yardım təşkilatının bölmə rəisi Larisa Solovyova bildirib ki, ötən il yüksək temperaturlu pasiyentlər yerində qalırdısa, indi qaydalara uyğun olaraq hospitala göndərilirlər.
Son 24 saatda Sankt-Peterburqda koronavirusdan ölənlərin sayı iki dəfə artaraq 55 nəfər olub.
Bu şəhərdə son sutkada 347 nəfər yoluxub. Onların sayı 18 169 nəfər çatıb. Virusun qurbanlarının ümumi sayı isə 346 nəfər olub.
Rusiyada son sutkada daha 8 855 nəfərdə COVID-19 diaqnozu aşkarlanıb. Bununla da Rusiyada koronavirusa yoluxanların sayı 458 689 nəfərə çatıb. Son sutkada 197 nəfər ölüb və koronavirus qurbanlarının sayı 5 725 nəfərə yüksəlib. (“Report”)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










