Təcili yardıma zəng gəldi - yoluna maşın çıxdı - VİDEO

Xəstəxanaya zəng gəlir və həkim briqadası təcili tibbi yardım maşınına minərək ünvana yollanmağa çalışır. Lakin məsuliyyətsiz bir sürücünün avtomobilini təcili yardım maşınının qarşısında saxlaması, əməlli başlı problem yaradır.
Avtosfer.az atv.az-a istinadən xəbər verir ki, hadisə Türkiyənin İstanbul şəhərində baş verib. Təcili tibbi yardım maşınının sürücüsü ünvana getmək üçün yola axtarsa da, istəyinə nail ola bilmir.
Çıxılmaz vəziyyətdə qaldıqlarını görən həkimlər, sonda maraqlı çıxış yolu tapırlar. Onlar avtomobili əlləri ilə kənara itələyərək təcili tibbi yardım maşınının keçməsi üçün yol açırlar.
Qeyd edək ki, dünyanın bir çox ölkəsində mövcud olan bu problemin qarşısını almaq üçün, bir sıra önləyici tədbirlər görülsə də, hələ ki, problemi tam həl etmək mümkün olmur. Əslində bu işin çox sadə bir həll yolu var: Əgər hamı düşünsə ki, təcili tibbi yardıma onun yaxınlarının belə hər an ehtiyacı ola bilər, o zaman problem kökündən həll olunar.
Sürücüləri NƏZƏRİNƏ: Bu yollarda tıxac var - SİYAHI
Azərbaycanda cəhalətin təbliğ olunmasına bəzi məmurlar ərvac verir – FAZİL MUSTAFA
Məcburi dayanma etməli olan sürücü hansı qaydalara əməl etməlidir? - EKSPERT
Uşaqlara sosial şəbəkələrdə yaş məhdudiyyəti necə həyata keçiriləcək? - AÇIQLAMA
Bakının küçələrində piyadalar üçün nələr dəyişməlidir? – TƏKLİF
Azərbaycanda Instagram və TikTok-a giriş BAĞLANDI - Nə baş verir?
Həftəyə tıxacla başladıq - SİYAHI
Ukraynada seçkilər keçiriləcək - ZELENSKİ AÇIQLADI
Vahid forma məktəblərdə subyektiv yanaşmaların qarşısını alacaq - AÇIQLAMA
Vahid məktəbli forması hansı prinsiplərə xidmət edir? – AÇIQLAMA
Yollarda duman var - Sürücülərin nəzərinə!












