"Tədbir görmək üçün çox gecikmişik, lakin bu layihələr reallaşsa..." - Ekspert tıxaclardan DANIŞDI

Məlum olduğu kimi, sentyabrın 15-i məktəblər açılır. Düzdür, təhsil müəssisələri yay tətilində olanda belə tıxaclar azalmadı. Ancaq indi vəziyyət daha da pisləşəcək.
Bəs şəhərdəki bu tıxacların, sıxlığın azalması üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı Sfera.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, tədbir görmək üçün çox gecikmişik: “Hazırda tıxac, sıxlıq aktual mövzudur və bununla bağlı qabaqlayıcı tədbirlər görmək artıq gecdir. Bu gün işə başlasaq, 5 il sonra bəlkə effekfini görə bilərik. Ancaq artıq yol infastrukturu haqqında danışacağımız çox az şey qalıb. Çünki Bakının baş planı təsdiqlənib və burada özünü göstərən vacib məqamlardan biri də ictimai nəqliyyatın inkişafı istiqamətində dövlət tərəfindən ciddi tədbirlərin görülməsidir”.
Ekspert məsələnin həlli yolunda ictimai nəqliyyatdan istifadənin təsirlərini də vurğulayıb: “Nəzərə almaq lazımdır ki, ictimai nəqliyyat nə qədər çox inkişaf etsə, şəxsi avtomobillərin istifadəsi bir o qədər azalacaq. Məktəbə, universitetə, işə gedənlərin hamısı ictimai nəqliyyata üstünlük verəcəklər. Çünki saatlarla yollarda qalmaqdansa, ictimai nəqliyyatdan faydalanmaq daha məntiqlidir. Bu şərait yaradılandan sonra insanlara deyə bilərik ki, buyurun, artıq ictimai nəqliyyat var və bundan istifadə edin. Lakin bu şərait olmadan insanlara tələb qoymaq olmaz ki, mütləq ictimai nəqliyyatdan istifadə edin”.
E.Muradlı qeyd edib ki, bu gün ölkəmizdə görmək istədiyimiz ictimai nəqliyyat yoxdur: “Bu gün görmək istədiyimiz ictimai nəqliyyat təəssüf ki, yoxdur. Nə vaxt olacağı da məlum deyil. Planlar və təkliflər var, müzakirələr gedir. Metro şəbəkəsi inkişaf etsə, tramvay kimi sərfəli nəqliyyat növü olsa, fayda verəcək. Şəhərə daxil olmadan kənar dairə yolların çəkilməsi nəzərdə tutulmalıdır. Bu kimi layihələr reallaşsa, vəziyyətimiz yaxşı olacaq”.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












