Tədqiqatçı alim: Peyvəndləmə davamlı və üstün immunitet qazandırır

Koronavirusdan sağalan insanlarda formalaşan immunitetlə COVID-19 əleyhinə vurulan peyvənddən sonra qazanılan immunitetin xüsusiyyətləri ilə bağlı elmi tədqiqatlar aparılıb.
Bununla bağlı açıqlama verən Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Nuran Abdullayev AZƏRTAC-a deyib ki, tədqiqatlarla orqanizmdə hər iki formada əmələ gələn immun gücü müqayisə və təhlil edilib.
Alimin sözlərinə görə, xüsusən "AstraZeneca" və "Biontech/Pfizer" peyvəndi üzərində aparılan araşdırmalar nəticəsində vaksinin qazandırdığı immunitetin daha güclü olduğu məlum olub:
"Əsassız olaraq insanlar arasında virusdan sağaldıqdan sonra qazanılan immunitetin COVID-19-a qarşı ən güclü və davamlı qorunma üsulu olduğu barədə fikirlərə rast gəlinir və bəzən də bu peyvənddən imtina səbəbi kimi göstərilir. Lakin bu istiqamətdə aparılan son tədqiqatlar bu fikirləri heç də təsdiqləməyib. Belə ki, bu tədqiqatlarda xüsusi olaraq immunitetimizin əsasını təşkil edən anticisimlərə və T hüceyrələrinin əmələ gəlməsinə müqayisəli şəkildə baxılıb. Tədqiqatın nəticələrinə görə sübut edilir ki, peyvəndləmədən sonra xəstəliyi ağır keçirməməyə və ya müəyyən formada bir daha yoluxmamağa səbəb olacaq immunitet xəstələnib sağaldıqdan sonra yaranan immunitetdən daha davamlı və üstündür. Bu da bir elm adamı kimi mənə onu deməyə əsas verir ki, insanlar COVID-19-a yoluxub sağaldıqlarına görə daha davamlı immunitetə sahib olduqlarını düşünürlərsə səhv edirlər, daha davamlı və üstün immuniteti onlar peyvəndləmədən sonra qazana bilərlər ki, bu da onlara xəstəliyi bir daha ağır keçirməməyə tam zəmanət verir".
Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər - FOTO
Hikmət Hacıyev: "Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var"
11 aylıq sınağın ilk iki həftəsi: Onlayn iş və dərs TƏKLİFİ - FOTO
Metroda sıxlıq zamanı hansı tədbirlər görüləcək? - Sentyabr ayından...
Azərbaycanlıların da olduğu gəmiyə dron hücumu - VİDEO
Sumqayıtın mərkəzi küçəsində vəziyyət; yolda çuxurlar var, amma xətləmə işi görülüb - FOTO
Akkumulyatoru tədricən dağıdan avqust istisi
Moskva səfirliyimiz qarşısındakı təxribata niyə göz yumuldu? – Politoloq AÇIQLADI
Bakıda “klyokların rəqsi” - VİDEO
Qarpızı barmaqla deşmək trendə çevrildi – “Güc nümayişi”, yoxsa nemət israfı? – VİDEO
"Təcili beh tələsinə düşməyin!" - DİN-dən tələbələrə ÇAĞIRIŞ










