Təhsil ekspertindən yeni dərs ilinə dair TƏKLİFLƏR

Baş Nazirin son qərarı ilə 30 mayda 2019-2020-ci tədris ili başa çatmışdı. 2020-2021-ci tədris ilində dərslərin başlanması, hansı formada təşkili ilə bağlı xüsusi qərar yoxdur. Deməli, qüvvədə olan qanunvericiliyə görə, 2020-ci ilin 15 senytabrında ənənvi formada tədris ili başlayacaq. Bunu təhsil eksperti Kamran Əsədov bildirib.
K.Əsədov qeyd edib ki, bunun əksini ifadə edəcək qanun – qərar hələ ki yoxdur, verilməyib: “Amma mövcud pandemiyanın tədris ilinin başlamasına və tədrisin həyata keçirilmə formasına təsiri danılmaz və qaçılmazdır”.
Ekspert tədris tədrisin bərpası ilə bağlı bəzi təkliflər irəli sürüb: “Tədris ilinin başlanma vaxtı: Yeni tədris ili 1 sentyabrda başlaya bilər. Senytabr ayı yalnız əvvəlki ildə keçirilməli olan mövzulara həsr oluna bilər. Nəzərə alsaq ki, dərsliklər şagirdlərdə qalıb, bu mümkündür.
Tədrisin təşkil olunma formaları: Ənənəvi qaydada: Hamı əvvəlki illərdə olduğu kimi dərsə başlayır.
Onlayn qaydada. 4447 orta ümumtəhsil məktəbində təhsil alan 1.6 milyon şagird dövlət tərəfindən planşet və internetlə təmin olunur, hər kəs üçün onlayn dərslər əlçatan olur.
Həm ənənəvi həm də onlayın.Burada:
A) Dərslər həftə ərzində hər gün olmamalıdır. Şagird sıxlığını minimuma endirmək lazımdır. Belə ki, 1-3-5-7-9-11-ci sinif şagirdləri məktəblərə 1-3-5-ci günlər, geri qalan siniflər isə 2-4-6-cı günlər gəlməlidir. Bu zaman dərslər şagirdlər məktəbə gələn günlərdə keçirilməli, tapşırıqların yoxlanılması və bu kimi fəaliyyətlər online həyata keçirilməli
B) Dərslərin müddəti də azaldılmalıdır. Belə ki, I-IV siniflər 25 dəqiqə, V-IX siniflər 30 dəqiqə, X-XI siniflər 35 dəqiqə dərs keçməlidirlər.
C) Siniflərdə şagirdlərin sayı I-IX siniflərdə 20 nəfər, X-XI siniflərdə 15 nəfərdən çox olmamaqla təşkil edilməlidir.
D) Dəslərin başlama saatları 3 növbəli, tamamilə fərqli olmalıdır. Belə ki, I-IV siniflər üçün dərslər saat 8-00-dan 11-00-a qədər, V-IX siniflər üçün 12-00-dan 15-00-a qədər, X-XI siniflər üçün 16-00-dan 19-00-a qədər. Əlbətdə ki, şagird sayı az olan məktəblərdə bu dəyişə bilər”.
K.Əsədov həmçinin deyib ki, növbələr arası məktəb tam şəkildə dezinfeksiya olunmalı, lazımi qabaqlayıcı tədbirlər görülməlidir. (Modern.az)
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
Bu yollarda tıxac var - SİYAHI
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA
Paytaxtın dəyişdirilməsi Bakının problemini həll edəcəkmi? – Ekspert AÇIQLADI - VİDEO










