Təhsil Nazirliyi sosial baxımdan həssas tələbələrə müraciət edib

Sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı http://e-telebe.edu.az elektron portalı vasitəsilə müraciətlərinin qəbulu davam edir.
Bu barədə "Report"a Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, proses iyunun 10-da yekunlaşacaq. İyunun 8-dən etibarən tələbələrin şəxsi elektron kabinetlərinə müraciətlərin nəticələri barədə ilkin məlumat yerləşdirilir və bu barədə namizədlərə SMS bildirişləri göndərilir. Eyni zamanda Təhsil Nazirliyinin bütün ali və orta ixtisas təhsili müəssisələrinə verdiyi tapşırığa əsasən, e-telebe.edu.az portalında müraciətləri təsdiqlənmiş və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi barədə yekun qərar qəbul olunanadək onların yaz imtahan sessiyasına buraxılması tam təmin edilir.
Bu günədək elektron portalda bakalavriat səviyyəsində təhsil alan 18 252 nəfər, magistratura səviyyəsində təhsil alan 1061 nəfər, ümumi orta təhsil bazasından orta ixtisas təhsili alan 2547 nəfər, tam orta təhsil bazasından orta ixtisas təhsili alan 1939 nəfər və peşə təhsili pilləsində təhsil alan 424 nəfər öz ərizələrini təsdiq edib.
Eyni zamanda portala inteqrasiya olunmuş dövlət informasiya sistemlərinin məlumatına əsasən, qeyd edilən kateqoriyalara aid olan tələbələrin bir qismi
http://e-telebe.edu.az vasitəsilə bu günədək rəsmi müraciət etməyib və onların bu imkandan yararlanması tövsiyə edilir.
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











