Təlimat hazırlandı: Metro nə vaxt açılır?

Ötən gün ictimai nəqliyyatla bağlı hazırlanan təlimatlarda Bakı metrosundan istifadə qaydaları da yer alıb. Bu isə paytaxt sakinləri arasında metronun yaxın günlərdə açılması ilə bağlı məlumatların yayılmasına səbəb olub.
Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən Bakı Metropoliteni QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hələlik metro stansiyalarının fəaliyyətə başlaması ilə bağlı tarix məlum deyil:
“TƏBİB koronavirusla əlaqədar metro ilə bağlı təlimatlar hazırlayır. Orada sərnişinlərlə yanaşı, metro işçilərinə aid təlimatlar da yer alacaq. Amma metronun nə vaxt açılacağı hələlik məlum deyil. Bizə bildirilmişdi ki, mayın 4-dəki karantin rejiminin yumşaldılması metroya aid edilməyəcək. Elə də oldu. Növbəti dəfə qərarın ümumi epidemik vəziyyətin təhlilindən asılı olacağı bildirilib. Yəni konkret vaxt deyilməyib. Hər şey NK yanında Operativ Qərargahın araşdırmasından və təhlilindən asılı olacaq”.
Qeyd edək ki, ictimai nəqliyyatın fəaliyyəti ilə bağlı hazırlanan təlimatda metro stansiyalarına daxil olan sərnişinlərə aid qaydalar da yer alıb.
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










