“Tengiz” yatağında 2100-dən çox işçi koronavirusa yoluxub

Tibb işçiləri üç ay ərzində Qazaxıstanın qərbində yerləşən “Tengiz” neft-qaz yatağında 2 160 koronavirus infeksiyasına yoluxma hadisəsi qeydə alıb.
Bunu Qazaxıstanın Səhiyyə naziri Aleksey Tsoy bildirib.
Onun sözlərinə görə, aprelin 8-dən yataqda 2 160, həmçinin Atırau vilayətinin sakinləri arasında 1 809 və demobilizasiya edilmişlər arasında 351 halda koronavirus infeksiyasına yoluxma qeydə alınıb.
A.Tsoy keçirilən brifinqdə bildirib ki, yoluxma ocaqları “Tengiz” yatağındakı 36 növbə düşərgəsində və “Tengiz”də fəaliyyət göstərən 57 MMC-də qeydə alınıb
Bundan əvvəl, Atırau vilayətinin başçısı Maxambet Dosmuxambetov bildirib ki, yataqda 2 074 COVID-19 yoluxma hadisəsinin aşkarlanıb. O həmçinin qeyd edib ki, koronavirusla əlaqəli vəziyyət müəssisənin fəaliyyətinə təsir göstərməyəcək. (“Report”)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












