Təqaüddə olan polis mübahisə etdiyi şəxsi güllələdi: 2 nəfər xəsarət alıb - FOTO

Türkiyənin İzmir vilayətində təqaüddə olan polis düşmən olduğu şəxslə mübahisə etdiyi əsnada onu silahla vurub. Avtosfer.az yerli KİV-ə istinadən xəbər verir ki, insident martın 20-də Qarabağlar rayonunun Yeşilyurt səmtində qeydə alınıb.
İddiaya görə, əvvəllər aralarında ədavət yaşamış olan H.D. ilə Ayhan A., küçədə naməlum səbəblərdən mübahisə etməyə başlayıblar. Mübahisə qısa müddətdə davaya çevrilməsinin ardından H.D., üzərində gəzdirdiyi tapança ilə Ayhan A.-ya atəş açıb.
Atılan güllələrə tuş gələn Ayhan A. qan içərisində yerə yıxılıb. Güllələrdən biri də həmin anda oradan keçən İbrahim T.-yə də dəyib.
Bundan sonra ətrafdakı vətəndaşlar polis və təcili tibbi yardım briqadasına zəng vurublar.
Hər iki yarlı deyilən ünvana gələn təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.
Hadisəni törədən şəxs daha sonra polis şöbəsinə gələrək təslim olub. Araşdırmalar aparılır.
Bildirilir ki, H.D., əvvəllər polis orqanlarında işləyib və sonradan təqaüdə çıxıb.
Namiq Musayev

"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












