Tərtərdə oğurluq edən şəxslər saxlanıldı

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində cari ilin yanvar və iyul aylarında rayon ərazisində yerləşən mağazalardan və evdən oğurluq edən şəxslər saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs halında rayonun Ağkənd ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə şübhəli bilinən S.Nicati, K.Paşalı və E.Paşazadə saxlanılıb. Araşdırmalarla onların 450 manat miqdarında 3 baş qoyun oğurladıqları müəyyən edilib.
Bundan başqa, keçirilmiş digər tədbirlərlə rayonun Evoğlu kəndində yerləşən 2 mağazadan siqaret, kontur və pul oğurlamaqda şübhəli bilinən rayon sakini A.Şahbazlı da saxlanılıb. Saxlanılan şəxslər törətdikləri cinayət əməllərini etiraf ediblər.
Faktlarla bağlı Tərtər RPŞ-də araşdırmalar davam etdirilir.
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev











