Tərtərdə polisi öldürmək istəyən şəxsin məhkəməsi başlayır

Tərtərdə qardaşını və polis mayorunu bıçaqlamaqda təqsirləndirlən Seyhan Nəcəfovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Dadaş İmanovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə ötən il dekabrın 26-ı saat 19 radələrində Burunc kəndində qeydə alınıb. Kənd sakini, 1973-cü il təvəllüdlü Seyhun Mürşüd oğlu Nəcəfovsərxoş qardaşı Arif Nəcəfovla mübahisə edib.
Məlumatı dəqiqləşdirmək üçün əraziyə gələn polis mayoru Elçin İslam oğlu Aslanov bıçaqlanıb. O, polisə 5 bıçaq zərbəsi vurub və onu xidmət başında öldürməyə cəhd edib.
S.Nəcəfova Cinayət Məcəlləsinin 29, 120,2.3-cü (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onu öldürməyə cəhd) maddəsi ilə ittiham verilib. (Report)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












