Testiniz neqativ çıxarsa, qan analizi verin - Həkimdən tövsiyə

Koronavirusa yoluxma şübhəsi olan insanlarda bəzən yalnız əlamətlər deyil, yaxma cavabı da çaşdırıcı vəziyyət yaradır. Bunu həkim Elnur Eldaroğlu deyib.
Onun sözlərinə görə, yoluxma zamanı bədənin hərarəti 37.2-37.7, iy bilmə, dadbilmə itməsi, insanın daha əzgin və çox tərləməsi, davamlı spastik öskürək və təngnəfəslik müşahidə edilir:
"Bəzən bu əlamətlər olmayanda xəstəyə asimptomatik xəstə deyilir. Lakin məsələ bu deyil. Bir sıra hallarda döş qəfəsi tomoqrafiyası atipik pnevmoniyanı göstərdiyi və xəstədə 100% COVİD-19 virusunun əlamətləri olduğu halda yaxma analizinin nəticəsi neqativ çıxır. Bəzən isə xəstənin bütün cavablarının ideal olmasına baxmayaraq, analizin nəticəsi pozitiv olur. Çox az maliyyə, kiçik bir qan analizi ilə vaxt itirmədən müalicəyə başlamaq olar. Əgər COVİD-19 testi (əsnəkdən və burundan) neqativ çıxıbsa, siz virusa yoluxduğunuzdan şübhələnirsinizsə, mütləq qanın ümumi analizini və CRP yəni c-reaktiv zülal analizini verin. Bəzi göstəricilər özünü göstərəcək - qanda leykositlərin (WBC) miqdarı düşəcək, neytrofillər və EÇS (Eritrositlərin çökmə surəti) yüksək, limfopeniya (limfositlər) enəcək. Döş qəfəsinin kompüter tomoqrafiyası və qeyd edilən bu analizlərin nəticəsi insanda pnevmoniyanın olduğunu təsdiqləyir". (Trend)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












