Teymur Mustafayevin dəfnində iştirak edən 7 nəfər cərimələndi

Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayevin dəfnində iştirak edən bəzi şəxslər xüsusi karantin rejimi qaydalarını pozduğu üçün cərimələnib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev məlumat verib.
"Dəfn mərasimində təqribən 30 nəfər şəxs iştirak edib. Onlardan əksəriyyəti mərhumun yaxın qohumları və doğmaları olub. Həmin şəxslərdən isə 7 nəfərinin karantin qaydalarını pozduqları müəyyən edilib və barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar", - məlumatda bildirilib.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bir yerdə insanların 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağandır.
Qeyd edək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. T.Mustafayev iyunun 12-də doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb. ("Report")
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











