"Tezliklə xalq-dövlət həmrəyliyi sayəsində koronaviusa qalib gələcəyik" - Deputat

"Aprelin 14-də keçirilən 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində keçirilən müşavirədə cənab prezident çıxışı zamanı çox mühüm məsələlərə toxundu".
Avtosfer.az xəbər verir ki, bunu SONXEBER.AZ-a açıqlamasında deputat İqbal Məmmədov bildirib.
Deputat qeyd edib ki, ölkə başçısının müşavirədəki çıxışı bir daha onun xalqının qayğısına qaldığını və vətəndaşlarımızın sağlamlığına necə dəyər verdiyini sübut etdi: "Digər ölkələrdən fərqli olaraq cənab prezidentin verdiyi uzaqgörən və operativ qərarlar sayəsində ölkəmizdə koronavirusun geniş şəkildə yayılmasının qarşısı alındı. Əlbəttə, dövlət başçısının verdiyi düzgün qərarlar sayəsində son bir neçə gündə ölkəmizdə koronavirusa yoluxanların sayı azalmaqdadır. Ən önəmlisi isə bilirsiniz ki, koronavirusa görə müvəqqəti işini itirən və işsiz insanlarımıza dövlətimizin tərəfindən maddi yardımlar olunmaqdadır. İnsanlarımızın bu çətin günlərdə büdcəsinə dəstək üçün işığın limiti qaldırıldı. İmkansız tələbələrin təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bundan əlavə sahibkarlara da dövlət tərəfindən müəyyən maddi dəstəyin verilməsi nəzərdə tutulur. Təbii ki, bütün bu qərarlar cənab prezidentin humanistliyinin və xalqına olan sevgisinin sübutudur".
Deputat qeyd edib ki, cənab prezident müşavirədə çıxışı zamanı anti-milli qüvvələrdən də danışıb: "Təəssüf ki, dövlətimizin üzləşdiyi bu bəladan öz xeyirinə istifadə edən qüvvələr də var. Onları insanlarımızın sağlamlığı deyil, öz mənfəətlətləri maraqlandırır. Hər zaman olduğu kimi yenə də həmin anti-milli qüvvələr xidmət etdikləri ermənipərəst dairələrin sifarişi ilə dövlətimizə qarşı qarayaxma kampaniyası aparır, müxtəlif yalanlarla uğurlarımıza kölgə salmağa çalışırlar. Lakin həmin qüvvələr unudurlar ki, artıq insanlarımız onların oyunlarından və məqsədlərindən xəbərdardır. Bu gün xalqımız cənab prezidentə inanır və uğurlu siyasətini dəstəkləyir. Əminəm ki, tezliklə məhz bu həmrəylik sayəsində həm koronavirusa həm də ölkəmizə qarşı qarayaxma kampaniyası aparanlara qalib gələcəyik".
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO











