Tibb elmləri doktoru Baş Nazirin qərarını alqışladı

Hələ virusla mübarizənin birinci mərhələsində elmlə daha faydalı olduğu təsdiq olunmuş evdə izolyasiya və karantin tədbirlərinə Azərbaycanda keçidlə bağlı baş nazirin dünən verdiyi qərar alqışa layiqdir və tam olaraq müasir elmi əsasa malikdir.
Bu istiqamətdə atılacaq tədbirlərin Azərbaycan üçün vacibliyi və bu tədbirlərin hansı elmi tədqiqatlara əsaslandığı barədə ötən günlərdə mətbuatda kifayət qədər söhbət açmışdım. İndiki mərhələdə artıq yuxarıdakı qərarı da nəzərə alsaq atılmalı olan iki daha vacib məqam vardır.
Bunlardan biri artıq elmi formada təsdiqini tapmış yüksək yoluxduruculuğa malik 20% insanların (eng: superspreading) olduğu nəzərə alınaraq istər sərt karantin rejimi zamanı, istərsə də ev şəraitində karantində qalma zamanı insanların qonşularla əlaqəsinin tam kəsilməsi barədə maarifləndirici tədbirlər aparılmalı və qəti şəkildə icazə verilmədiyi bildirilməlidir. Çünki bu baş verərsə bu dəfə virus ev şəraitində və ümumi binada yayılacaq ki, nəticə etibarı ilə də görülən karantin tədbirlərinin heç bir effekti olmayacaq.
İkinci vacib məqam isə artıq Avropanın da müəyyən ölkələrində tətbiqinə başlanılan COVID-19-la bağlı yalan və ya elmi əsası olmayan səhv məlumat verən insanlarla və o cümlədən həkimlərlə bağlı olmalıdır. Belə ki, burada ən qorxulu məqam hər hansı bir elm işçisinin və ya həkimin heç bir elmi əsası olmayan fikirlər səsləndirməsi ilə yanaşı ümumi xəstəlik barədə səhv fikirlər söyləməsidir ki, bunların da həqiqətləri əks elətdirmədiyini bir müddət sonra öyrənən millət nümayəndələrində televiziya və mətbuatla yanaşı həkimlərə və xəstəliyə də inamsızlığı yaranır.
Nuran Abdullayev,
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










