Tibb elmləri doktoru Nuran Abdullayevdən ÇAĞIRIŞ VƏ TƏŞƏKKÜR

Artıq COVİD-19 pandemiyasının öz məcrasındən çıxıb təkcə səhiyyə problemi deyil eləcə də siyasi, iqtisadi və sosial problemlərə yol açması virus yayılan böyük ölkələrin hər birində mövcuddur və bu da həmin ölkə vətəndaşları arasında heç kəsə sirr deyil. Belə olan zamanda dövlətin verdiyi xəbərdarlıqlara və tapşırıqlara xalqlar maksimum əməl etməyə çalışırlar və bununla da pandemiyaya qarşı dövlətin apardığı mübarizə siyasətinə dəstək olmuş olurlar.
Çox təəssüf ki, keçmiş günlərdə Azərbaycan ərazisində bir çox vətəndaşın virusun ölkə ərazisində hansı sürətlə yayıla bilmə təhlükəsini və bundan da önəmli olan virusun törədə biləcəyi ağırlaşmaları dərk etməməsi halları çoxluq təşkil edirdi. Bu da öz növbəsində dövlət tərəfindən əhalinin sağlamlığını qorumaq məqsədi ilə daha da vacib və doğru olan sərt tədbirlərə - xüsusi rejimin tətbiqinə səbəb oldu.
Bütün bunlarla yanaşı çox təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə ərazisində və eləcə də onun hüdudlarından kənarda olan bəzi vətəndaşlarımız və eləcə də bir çox həkimlərimiz COVİD-19 pandemiyasının törətdiyi tibbi ağırlaşmaları görməməzlikdən gələrək müxtəlif siyasi, iqtisadi mülahizələr və lazımsız fikirlər irəli sürürlər. Bu da öz növbəsində ölkədə yaşayan vətəndaşlara bir inamsızlıq və eləcə də məsələnin ciddiyətinə qarşı laqeydsizlik bəxş edir ki, onlar da nəticə etibarı ilə sağlamlıqlarını qorumaq, qoyulan məhdudiyyətlərə ciddi əməl etmək və bununla da dövlətə dəstək olmaq əvəzinə müxtəlif əsassız fərziyələrin doğru və ya yalnış olması axtarışına başlayırlar.
Bütün bu yuxarıda yazılanları nəzərə alaraq düşünürəm ki, bu günlərdə hər bir Azərbaycan vətəndaşı öz peşəkar ixtisası üzrə fəaliyyət göstərib dövlətə və eləcə də xalqa virusla mübarizədə dəstək olmalıdır. Hazırki məqamda həkimlik peşəsinin xüsusi həssaslığa sahib olmasını nəzərə alaraq bütün Azərbaycan həkimlərindən kütləvi informasiya vasitələrində, televiziyalarda və eləcə də sosial şəbəkələrdə söylədikləri fikirlərə xüsusi diqqət yetirmələrini xahiş edirəm. Hər hansı bir həkimin ortada olan və gözlə görülən bir ciddi xəstəliyə siyasi və ya iqtisadi oyun deməsi və buna aldanmamaq kimi çağırışları yol verilməzdir. Ehtiyac olarsa belə çıxışları edəcək kifayət qədər güclü siyasətçilərimiz və iqtisadçılarımız var deyə düşünürəm. Bugünkü gün azərbaycan həkiminin üzərinə düşən vəzifə xalqının yanında tibbi bilikləri ilə olmaq, onları maarifləndirməkdir və ehtiyac olan halda ən müasir tibbi xidməti göstərməkdir.
Bu istiqamətdə son günlər ölkənin kütləvi informasiya vasitələrinin və eləcə də televiziya kanallarının xalqın maarifləndirilməsində göstərdikləri xidmətlər əvəzsizdir. Onlara da bu yolda uğurlar arzu edirəm və şəxsim adından bir daha təşəkkür edirəm!
Nuran Abdullayev
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri,
Köln Universiteti Klinikasının tibb elmləri doktoru
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










