Tibb müəssisələrinin akkreditasiyasına görə dövlət rüsumunun məbləği müəyyənləşib

Prezident İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanunu təsdiq edib. Qanuna əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər və dövlət rüsumunun məbləği aşağıdakılardır:
- ambulator xidmət göstərən tibb müəssisələri - 2000 manat
- stasionar xidmət göstərən tibb müəssisələri - 4000 manat.
Eyni zamanda, qanun layihəsində tibb müəssisələrinin akkreditasiyasının keçirilməsinə görə dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri də göstərilir.
Belə ki, ambulator xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun Bakı şəhəri üzrə 100 faizi, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərləri və Abşeron rayonu üzrə 70 faizi, digər regionlar üzrə isə 50 faizi ödəniləcək.
Stasionar xidmət göstərən tibb müəssisələri üçün nəzərdə tutulmuş dövlət rüsumunun 250-dən çox çarpayısı olan tibb müəssisəsi üzrə 100 faizinin, 101-250 çarpayısı olan tibb müəssisəsi üzrə 90 faizinin, 50-100 çarpayısı olan tibb müəssisəsi üzrə 70 faizinin, 50-dən az çarpayısı olan tibb müəssisəsi üzrə isə 50 faizinin ödənilməsi nəzərdə tutulur. (APA)
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












