“TikTok” Donald Trampın ultimatumuna cavab verib

“TikTok” ABŞ Prezidenti Donald Trampın proqramdan gələn təhlükə ilə mübarizə barədə qərarından sonra onu məhkəməyə verməklə hədələyib.
Bir qədər əvvəl ABŞ dövlət başçısı qısa videolara baxmaq üçün nəzərdə tutulan servisin sahibi Çinin “ByteDance” kompaniyası ilə ölkə ərazisində istənilən sövdələşmənin dayandırılması üçün 45 gün vaxt verib. Donald Trampın fikrincə, TikTok vasitəsilə dezinformasiya yayıla, həmçinin istifadəçilər barədə məlumatlar Çin hakimiyyətinə ötürülə bilər. “Biz tamamilə aydın şəkildə bəyan etdik ki, heç vaxt istifadəçilərimiz barədə məlumatları Çin hökumətinə ötürməmişik. Hətta ABŞ-dakı biznesimizi bütünlüklə Amerika kompaniyasına satmağa hazır olduğumuzu da demişik”, - deyə sosial şəbəkənin nümayəndələri bildirib.
Kompaniya nümayəndələri ABŞ hakimiyyəti ilə razılaşma əldə etmək üçün bir ilə yaxın vaxt sərf etdiklərini, lakin onların güzəştə getmədiklərini də qeyd edib. Bundan başqa, TikTok Birləşmiş Ştatları hüquqi proseduraları pozmaqda və fərdi biznesə müdaxilə etməkdə günahlandırıb. Onların sözlərinə görə, Donald Trampın fərmanı ABŞ qanunlarına etibarı azaldır, həmçinin fikir azadlığı və açıq bazar konsepsiyasını şübhə altına alır. (AZƏRTAC )
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












