Tıxaclarda qalan sürücülər bu səhvə yol verməməlidir - ŞƏRH

"Problemli kəsişmədən çıxdıqdan sonra bəzi sürücülər aqressivləşərək sürət həddini aşır".
Avtosfer.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında yol-nəqliyyat eksperti Rauf Ağamirzəyev problemli kəsişmələrdə yaranan tıxaclarla bağlı danışarkən deyib. Ekspert bildirib ki, paytaxt yollarının hazırkı quruluşu sürücləri sürəti artırmağa stimullaşdırır:
“Tıxaclara səbəb olan amillərdən biri də yol infrastrukturu ilə bağlıdır. Bəzi yolların həddən artıq geniş olmasına baxmayaraq, yenə də tıxac yaranır. Bu da "butulka effekti"dir. Yəni geniş yol sonda nəqliyyatın axınına təsir edir. Geniş yoldan dar küçələrə keçdikdə sürət azalır və tıxac yaranır. Tıxacda qalan sürücülər isə təbii olaraq aqressiv olur. Yollarımızn dizaynını bir az dəyişdirmək, dünya təcrübəsində olan nümunələri tətbiq etmək, geniş yollarda təhlükəsizlik adacıqlarının quraşdırılması bu aqressiyanın qarşısını alacaq”.
Ekspertin fikrincə, problemli kəsişmələrdə qəzaların qarşısını almaq üçün mərkəzi yerlərdə sürət həddi aşağı endirilməldir:
“Şəhər daxilində yerləşən küçələrdə sürət məhdudiyyəti 50 km/saat-a, insanların daha çox hərəkət etdiyi yerlərdə isə 30 km/saat-a salınmasını təklif edərdim. Sürətin çox olması sonda avtomobil qəzalarının baş verməsinə səbəb ola bilir”.
R.Ağamirzəyev Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra yol kəsişmələrində tətbiq olunan sarı tor mexanizmindən də bəhs edib:
“BNA-nın sözügedən layihəsi artıq 15 yolda tətbiq olunub və hesab edirəm ki, öz effektiv təsirini göstərib. Sarı kəsişmə torunun mahiyyəti sürücüləri məhz belə tıxanma riski olan kəsişmədə daha diqqətli olmağa və kəsişməni hər zaman nəqliyyat üçün təmiz saxlamağa sövq etməkdir”.
Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? - VİDEO
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB










