Tofiq Yaqubluya hökm oxundu

Bu gün Nizami Rayon Məhkəməsində Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Avtosfer.az-ın məlumatına görə, hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı başa çatıb. Prosesdə təqsirləndsirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə T. Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib.
Xatırladaq ki, ötən məhkəmə prosesində prokuror T.Yaqublunun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qeyd edək ki, 2020-ci il martın 22-də Yaqublu Tofiq Rəşid oğlu idarə etdiyi, özünə məxsus “Toyota Corolla” markalı, 90-CU-515 dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nizami rayonu, Naxçıvanski küçəsi 61 saylı ünvanda yolun sağ kənarında dayanmış vəziyyətdən sola yerdəyişmə edib hərəkətə başlayarkən manevr etmə qaydalarını pozaraq eyni istiqamətdə hərəkət edən Cəbrayılov Elxan Səttar oğlunun etibarnamə əsasında idarə etdiyi “VAZ-21074” markalı 90-HA-028 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşub.
T.Yaqublunun həmin vaxt avtomobildən çıxaraq ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməsinə, yəni E.Cəbrayılovla mübahisə edib onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun baş nahiyəsinə və silah qismində istifadə etdiyi vintaçan alətlə sağ çiyin nahiyəsindən bir neçə zərbə vurub xəsarətlər yetirməsinə, eləcə də T.Yaqublunun qanunsuz hərəkətlərinin qarşısını almaq istəyən hadisə zamanı E.Cəbrayılovun avtomobildə olan arvadı Cəvahir Cəbrayılovanı əli ilə itələyib ona da xəsarət yetirməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Hadisə zamanı “Toyota Corolla” markalı avtomobilin sol qapıları və qabaq qanadı üzərində, “VAZ-21074” markalı avtomobilin isə sağ qabaq qanad üzərində zədələrin yarandığı müəyyən edilib.
Fakta görə Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə cinayət işi başlanıb.
Hadisə yerinə baxış zamanı hadisə vaxtı istifadə edilən üzərində qanabənzər ləkələr olan vintaçan, zərərçəkmiş şəxs E.Cəbrayılovun hadisə vaxtı əynində olmuş üzərində qanabənzər ləkə olan cırılmış jaket aşkar edilərək maddi sübut kimi götürülüb, məhkəmə-tibbi, məhkəmə-trasoloji və məhkəmə-bioloji ekspertizaları təyin edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib.
Maşını səs-küylə sürənlərin nəzərinə - Bunu bilirsiniz?
Müdafiə Nazirliyinin həftəlik icmalı yayımlanıb - VİDEO
Bəzi avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ
Ekspertdən təklif: "Piyadalar üçün cərimələr artırılsın" - VİDEO
Sürücülük vəsiqəmizi hansı ölkələr tanıyır? - AÇIQLAMA
Əlilliyi olan şəxslər üçün "Əlçatan Metro" xidməti fəaliyyət göstərəcək - WUF13
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq - Sürücülərin diqqətinə
D vitaminin qəbulu yol polisinin cihazında spirt kimi görsənir? - Həkim AÇIQLADI
Yüzlərlə yük avtomobili sərhəddə qaldı: “7 gündür yollardayıq” - VİDEO
Mayın 4-dək bu marşrutların hərəkəti dəyişdirilir
Çexiya baş nazirinin Azərbaycana səfəri ölkəmizə nə qazandırdı? - POLİTOLOQ










